2300-dən çox şəxsin Avropadan Azərbaycana qaytarılması gözlənilir - DMX

18:00 16.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Bu il 56 şəxs Azərbaycana readmissiya olunub".

Hafta.az xəbər verir ki, bunu apa-ya Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

O bildirib ki, 2014-cü ildə Avropa İttifaqı ilə readmissiya haqqında saziş imzalanandan bu günə kimi 2069 şəxs readmissiya olunub:

"Pandemiya dövründə də readmissiya davam etdirilib, əsasən çarter reysləri ilə olub. 2021-ci ildə 420 nəfər, cari ildə isə 56 şəxs readmissiya olunub. Amma ümumilikdə sorğusuna müsbət cavab verilən 2322 şəxsin də readmissiyası gözlənilir" - Xidmət rəisi qeyd edib.